İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib AMEA İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin elmi işçisi Valeriya Puşnova “EdCrunch Glocal - yeni təhsil təcrübəsinin layihələndirilməsi” mövzusunda onlayn videokonfransda iştirak edib və ona sertifikat təqdim olunub.
“EdCrunch” təhsildə yeni texnologiyalar üzrə Avropanın ən böyük konfransıdır. Konfrans təhsil sisteminin inkişafına və təhsil sahəsində smart texnologiyaların tətbiqinə həsr olunub. “Ağıllı şəhər”lər, “yaşıl enerji”, rəqəmsal texnologiyalar, distant iş, əmək bazarının transformasiyası kimi qlobal inkişafda əldə olunan nailiyyətlər rəqəmsal istifadəçi təcrübəsinin dəyişdirilməsi zərurətinə və təhsil sistemi üçün artan gözləntilərə səbəb olur.
Tədbirdə müxtəlif ölkələrdən olan ümumi, ali və əlavə təhsil müəllimləri, tədqiqatçılar, tərtibatçılar, siyasətçilər, informasiya texnologiyaları şirkətlərinin təsisçiləri, investorlar, “EdTech” bazarının liderləri çıxış ediblər.
Konfransda yeni imkanlar - həm ənənəvi, həm də distant formada təhsil sahəsinin təkmilləşdirilməsi, ən yaxşı təhsil təcrübəsinin əldə edilməsi üçün nəzəri metodlar və praktiki vasitələr müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər