Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi, dissertant Könül Əliyeva Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Tərəvəzçilik və Bağçılıq İnstitutunun təşkil etdiyi “Müasir şəraitdə tərəvəzçiliyin inkişafının nəzəri və praktiki aspektləri” mövzusunda III beynəlxalq elmi-praktik onlayn konfransda iştirak edib.
Könül Əliyeva “Abşeronun boz-qonur torpaqlarında pomidor bitkisinin damcı ilə suvarılması və azot tərkibli mineral gübrələrin müqayisəli istifadəsi” mövzusunda məruzə ilə çıxış edib, verilən sualları cavablandırıb və sertifikatla təltif olunub.
Tehsil-press.az
- Baxış: 5742
Xəbərin tarixi: 31.07.2020 / 13:11
-
Oxşar xəbərlər