Lavrov və Abdullahiyan “nüvə sazişi”ni müzakirə etdilər

Lavrov və Abdullahiyan “nüvə sazişi”ni müzakirə etdilər Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN məlumat yayıb. Nazirlər Vyanada yenilənmiş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyətə xüsusi diqqət yetiriblər.
Tərəflər BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş “nüvə sazişini” ilkin balanslaşdırılmış konfiqurasiyasında bərpa etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Bundan əlavə, XİN rəhbərləri ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər