ABŞ-da koronavirusun "omikron" ştammından ilk ölüm halı qeydə alınıb

ABŞ-da koronavirusun ABŞ-da koronavirusun "omicron" ştammı ilə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.
Ölən xəstə Texas ştatının Harris dairıəsindən olan, peyvənd olunmamış və səhhətində problemlər yaşayan 50 yaşlarında bir kişidir.
Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri ölkədə koronavirusun "omicron" variantının üstünlük təşkil etdiyini bildirmişdir. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73% -dən çoxunda bu mutasiya aşkar edilmişdir. Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omicron" ştammı ilə yoluxmuşların nisbəti 90%-i ötür.

Tehsil-press.az

Oxşar xəbərlər