Rusiyada iki nəfərdə "omikron" ştammı qeydə alınıb

Rusiyada iki nəfərdə Cənubi Afrika Respublikasından Rusiyaya səfər edən iki nəfərdə koronavirusun "omikron" ştammı aşkarlanıb.
Bu barədə Rusiyanın sanitariya-epidemiologiya qurumunun (Rospotrebnadzor) mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, həmin şəxslərdə koronavirus testi müsbət nəticə verdikdən sonra aparılan yoxlamalar yoluxmanın "omikron" ştammı ilə olduğunu müəyyən edib.
Ümumilikdə, Rusiyaya CAR-dan gələn 10 nəfərdə koronvirus testi müsbət nəticələnib. Hazırda bu yoluxmaların ştamlarının müəyyənləşdirilməsi aparılır.
Xatırladaq ki, bu gün, həmçinin Latviyada da "omikron" ştammının aşkar olunduğu açıqlanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər