BDU-nun riyaziyyatçı alimlərinin məqaləsi impakt faktorlu jurnalda

BDU-nun riyaziyyatçı alimlərinin məqaləsi impakt faktorlu jurnalda Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun və həmin kafedranın dosenti Habil Fəttayevin “Sasaki metrikinin lay üsullu bircins deformasiyaları haqqında” məqaləsi Serbiya Respublikasının Təhsil, Elm və Texnoloji İnkişaf Nazirliyi və Nis Universiteti tərəfindən dəstəklənən “Filomat” jurnalının 2021-ci il 11-ci nömrəsində yer alıb.
Jurnal “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Exp indeksinə daxildir (impakt faktoru: 0.844).

Tehsil-press.az


Oxşar xəbərlər