Gürcüstan parlamenti onlayn kazinoların fəaliyyətini tənzimləyən qaydaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Dəyişikliklərə əsasən, 2022-ci ilin yanvarın 1-dən etibarən oyun biznesi sektorunda fəaliyyət göstərən şirkətlər üçün vergi 65-70 faiz artırılacaq.
Gələn ilin mart ayının 1-dən etibarən isə yaşı 25-dən az olan şəxslərə qumar oyunlarında iştirak qadağan ediləcək.
Bu qadağa dövlət qulluqçuları, sosial müavinətlər alan, məhkəmə qərarı ilə və ya ailənin tələbi əsasında adı “qara siyahı”ya salınmış şəxslərə də şamil olunacaq.
Bildirilir ki, azart oyunlarına əlçatanlıq ümumilikdə yetkinlik yaşında olan 1 milyon nəfər vətəndaş üçün məhdudlaşdırılacaq.
Martın 1-dən qumar oyunlarının televiziya və çöl reklamları, həmçinin, Gürcüstanın internet saytlarında bu mövzuda reklam yerləşdirilməsinə qadağa tətbiq olunacaq.
Qeyd edək ki, Gürcüstanda növbəti mərhələlərdə onlayn kazinoların tam qadağan edilməsi planlaşdırılır.
Tehsil-press.az