Bu il Bakı məktəblərinə yüzdən çox direktor müavini təyin edilib
Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə və yerdəyişmələr nəticəsində 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 105 direktor müavini təyin olunub.
Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.
Tehsil-press.az
- Baxış: 5280
Xəbərin tarixi: 29.12.2021 / 10:23
-
Oxşar xəbərlər