
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda bildirib. O, qeyd edib ki, 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Eyni zamanda 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib:
“2018-ci ildə qeyd olunan vəzifələr üzrə işə qəbul müsabiqəsinin nəticələrinə uyğun olaraq, Ümumilikdə, 395 nəfərin işə qəbulu həyata keçirilib. Onlardan 61-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 25-i tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 30-u psixoloq, 29-u kitabxanaçı, 16-sı gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 44-ü uşaq birliyi təşkilatı rəhbəri, 190-ı laborant vəzifələrinə, 5-i BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub.
2019-cu ildə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 404 nəfərin 246-sı vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul edilib. Onlardan 35-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 26-sı tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 18-i psixoloq, 16-sı uşaq birliyi təşkilatı rəhbəri, 116-sı laborant, 27-si kitabxanaçı vəzifəsini seçib”.
Tehsil-press.az