BDU-nun Coğrafiya fakültəsində iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılıb

BDU-nun Coğrafiya fakültəsində iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılıb Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “İqlim dəyişmələrinə uyğunlaşma” mövzusunda elmi seminar keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Yaşıl İqlim Fondu və İnkişaf Proqramının “Milli uyğunlaşma planı” layihəsi çərçivəsində təşkil olunan seminarda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova iqlim dəyişmələrinin öyrənilməsinin önəmini vurğulayaraq, bu istiqamətdə aparılan tədqiqatlara diqqət çəkib.
Sonra professorlar Elçin Məmmədov, Çingiz İsmayılov, Zaur Əliyev, Rövşən Abbasov və Vafadar İsmayılovun iqlim dəyişmələri ilə bağlı məruzələri dinlənilib.
Seminar zamanı tələbələr arasında iqlim dəyişmələri və ətraf mühitlə bağlı “Kahoot!” platformasında interaktiv intellektual yarış təşkil olunub və qaliblər mükafatlandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər