Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında нanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 4-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında havanın yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək, 4-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 2-4-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Tehsil-press.az


Oxşar xəbərlər