BDU əməkdaşlarının bir il ərzində beynəlxalq jurnallarda 247 əsəri nəşr olunub

BDU əməkdaşlarının bir il ərzində beynəlxalq jurnallarda 247 əsəri nəşr olunub Bakı Dövlət Universiteti (BDU) bir il ərzində Hirş indeksini 5 bal artırıb.
BDU-nun əməkdaş, doktorant və tələbələrinin 2021-ci il üzrə elmi fəaliyyəti uğurla nəticələnib. Belə ki, universitetdə elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi 2021-ci ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. “Clarivate Analytics” agentliyinin rəsmi məlumatına əsasən, 2021-ci ildə BDU-nun Hirş indeksi 5 bal (44-dən 49-a qədər) artıb. Hirş indeksi elmi təşkilatın elmi əsərlərinə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 5.58-ə qədər yüksəlib. 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan jurnallarda artıq 3 min 321 elmi əsər nəşr etdirilib. Bu əsərlərə 18 min 529 dəfə istinad olunub. Təkcə 2021-ci ildə “Web of Science” bazasına daxil olan jurnallarda BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyil, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaq) nəşr etdirilib. Nəşr edilən əsərlərə 4 min 517 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.6 dəfə çoxdur.
Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Tehsil-press.az


Oxşar xəbərlər