Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb. BMT-nin xüsusi nümayəndəsi Qazaxıstanın xarici işlər nazirinin müavini ilə telefon danışığı keçirib. Məlumatda qeyd edilib ki, BMT Qazaxıstan hakimiyyəti ilə bir sıra təmaslar aparıb, vəziyyəti yaxından izləməkdə davam edir.