Qlobal ərzaq bazarında böhran - Artım templəri hələlik ən yüksək deyil

Qlobal ərzaq bazarında böhran - Artım templəri hələlik ən yüksək deyil Azərbaycanda unun və çörəyin icazə verilən maksimum qiymətləri müəyyənləşib.
Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,5 manat, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,65 manat müəyyən edilib.
Qeyd edək ki, ərzaq buğdasının qiymətləri qlobal iqtisadi proseslər, COVID-19 pandemiyasının təsiri, 2021-ci il ərzində dünya bazarlarında ərzaq buğdasına artan tələbat, habelə buğda istehsalçısı ölkələr tərəfindən həyata keçirdiyi tədbirlər fonunda kəskin bahalaşıb.
Dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Məsələn, Almaniyada buğdanın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 33%, Rumıniyada isə bu rəqəm daha yüksəkdir - 33,70%. Türkiyədə ərzaq məhsullarının qiymətləri 27,11% artıb.
Türkiyədə 2021-ci il üçün taxılın qiyməti bir ton üçün 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti 3720 türk lirəsi (297 dollar) təşkil edir. İspaniyada buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib, Xorvatiyada isə 53% artım var. Yuxarıda göstərilən artım templəri hələlik ən yüksək deyil.
Yunanıstanda buğda qiymətləri qeyd olunan dövr ərzində 210%, Kanadada isə 51% artıb. Qırğızıstanda taxılın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 39,3% artıb.

Tehsil-press.az




Oxşar xəbərlər