Kəmaləddin Heydərova yeni müavin gəldi:Xanlarov kimdir?

Kəmaləddin Heydərova yeni müavin gəldi:Xanlarov kimdir? Xəbər verdiyimiz kimi,Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad ediliblər.

Işdən azad olunan Orucəli Hacıyevin yerinə hazırda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsini tutan Cəbrayıl Eldar oğlu Xanlarov təyin olunub.

Qeyd edək ki,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. O zaman Xanlarov cəmi 34 yaşında idi.Cəbrayıl Eldar oğlu Xanlarov 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər