“Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə höküməti Azərbaycan hökuməti ilə danşıqlara keçmişdi”.Bunu politoloq Yeganə Hacıyeva sosial mediada yazıb.
"İsveçrənin" Tagesanzeiger" saytının həmin vaxt yazdığı xəbərə görə, Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib.
Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün diğər kənar xərclərdən başqa, təxminən 200.000 AZN məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib.
Yəni İsveçrə hökuməti isveçrəli vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı.
Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü.
Məsələnin absurdluğu həm də onda idi ki, İsveçrə höküməti Azərbaycan hökümətindən bu faktın gizli qalmasını xahiş etmişdi”, - Yeganə Hacıyeva qeyd edib.
Politoloq İsveçrənin Bakıdakı səfirliyinə suallar da ünvanlayıb:
"İndi İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə, onun vergi borcları isveçrəli vergi ödəyicilərinin hesabına ödənilmişdi?
Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?”
Xatırladaq ki, Emin Hüseynov vaxtilə Azərbaycanda jurnalist, QHT sədri və aktivist kimi fəaliyyət göstərib.
Onun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanada hüquqi məsuliyyətdən yayınmışdı. 2014-cü il avqustunda vergidən yayınmaqda ittiham olunan E.Hüseynov rəhbərlik etdiyi RATİ-nin ofisində axtarış aparılarkən qaçıb gizlənmişdi.
E.Hüseynovun RATİ üçün xaricdən ayrılan böyük qrant vəsaitlərini mənimsəməsi və vergiləri ödəməməsi həmin illərdə onunla birgə bu qurumda təmsil olunan həmkarlarını da qəzəbləndirmiş və dostları bu şəxsdən imtina etmişdilər.
O zaman hüquqi məsuliyyətdən yayınmağa çalışan E.Hüseynov sığınacaq üçün Bakıdakı bir neçə səfirliyə müraciət etsə də, imtina cavabı almışdı.
Nəhayət İsveçrə səfiriliyi onun gizlənməsinə şərait yaratmış və 10 ay saxladıqdan sonra Azərbaycandan çıxışına kömək etmişdi.
Həmin vaxt E.Hüseynov həbsdən yayınmaq üşün qadın paltarı geyinməklə gizləndiyi mənzildən İsveçrə səfirliyinə getmişdi ki, hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini cəlb etməsin.
2015-ci ilin iyununda Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra E.Hüseynov Bakıdan İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə çıxıb.
O, Azərbaycan Respublikasının vətəndaşlığından da çıxarılıb. Belə ki, E.Hüseynov özü Azərbaycan hökumətinə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib və bu, Azərbaycan qanunvericiliyinə əsasən təmin edilib.
E.Hüseynov amerikalı qadınla evlidir. Hazırda İsveçrədə yaşayır və Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur.
Tehsil-press.az











