Texniki Universitetin əməkdaşları Vətən müharibəsində şəhid olan məzunlarının ailələrini ziyarət ediblər

Texniki Universitetin əməkdaşları Vətən müharibəsində şəhid olan məzunlarının ailələrini ziyarət ediblər Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rauf Əliyev, İmran Əliyev və Murad Məmmədovun ailələrini ziyarət ediblər.
Görüşdə şəhidlərin tələbəlik illərindən danışılıb, onlarda vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı da qeyd edilib.
Universitetin tələbə və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az


Oxşar xəbərlər