Memarlıq və İnşaat Universitetinin əməkdaşı beynəlxalq müsabiqənin mükafatına layiq görülüb

Memarlıq və İnşaat Universitetinin əməkdaşı beynəlxalq müsabiqənin mükafatına layiq görülüb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva “British Council” təşkilatı və Böyük Britaniya səfirliyinin birgə təşkil etdiyi “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb.
Müsabiqə 4 kateqoriya (“elm və tərəqqi”, “mədəniyyət və kreativlik”, “sosial fəaliyyət”, “biznes və innovasiya”) üzrə keçirilib. Müsabiqədə Türkan Əliyeva “sosial fəaliyyət” kateqoriyası üzrə təhsil sahəsində gördüyü işlərə görə mükafat qazanıb. Bu istiqamətdə Böyük Britaniya universitetləri ilə qurulan əlaqələr, həyata keçirilən layihələr əsas götürülüb.
Qeyd edək ki, 2015-ci ildən keçirilən bu müsabiqə Böyük Britaniyada təhsil alan ən uğurlu məzunlar üçün nəzərdə tutulur. Türkan Əliyeva da Böyük Britaniyanın Lester Universitetinin məzunudur.

Tehsil-press.az




Oxşar xəbərlər