
Qonaqlar universitetlə qısa tanışlıqdan sonra “Creative Spark” layihəsi çərçivəsində reallaşdırılan işlərlə tanış olublar. Onlar, həmçinin “Creative Spark” proqramı çərçivəsində təşkil olunan “English Club”ın açılış mərasimində iştirak edərək dərs prosesini izləyiblər. Qeyd edək ki, “English Club” 6 ay davam edəcək və tələbələrə ödənişsiz ingilis dili tədris olunacaq.
Daha sonra qonaqlar Lester Universitetinin eksperti Emily Christine tərəfindən keçirilən “Creative Spark” vorkşopuna qatılıb, eləcə də AzMİU-da fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun dəstəyi ilə hazırlanmış startap layihələri ilə tanış olub, ölkə üzrə qalib olmuş tələbələr və müəllimlərlə söhbət aparıblar.
Tehsil-press.az