Brezilyada torpaq sürüşməsi, onlarla ölü

Brezilyada torpaq sürüşməsi, onlarla ölü Braziliyanın San-Paulu əyalətində leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 19 nəfər ölüb.
Təbii fəlakət nəticəsində azı 9 nəfər xəsarət alıb, 500-ə yaxın insan evlərindən təxliyə edilib. Qeyd edilib ki, fəlakənin baş verdiyi ərazilərə baş çəkən San-Paulu qubernatoru Joao Doria yağışdan təsirlənən 10 şəhərə 15 milyon real (təxminən 2,8 milyon dollar) bağışlanacağını açıqlayıb.
Sao Paulo Meteorologiya Xidməti güclü yağışların sabaha qədər təsirinin davam edəcəyini bildirib və əhalini tədbirli olmaları barədə xəbərdarlıq edib.

Tehsil-press.az


Oxşar xəbərlər