8 nəfər daşqınların qurbanı olub

8 nəfər daşqınların qurbanı olub Çinin cənubunda güclü yağışlar səbəbindən daşqınlar davam edir.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 8 nəfər həlak olub, 34 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşmüş sayılır.
Bundan əlavə daşqınlar nəticəsində 600 ev dağılıb və 17 min hektar kənd təsərrüfatı sahələrini su basıb. Təhlükə zonasında 250 min insan olub. Birbaşa iqtisadi ziyan 215 milyon dollar olaraq qiymətlədirilir.
Təhlükəli zonadan 38 min insan təxliyə edilib. Bəzi məktəblərdə müvəqqəti sığınacaqlar təşkil olunub.

Təhsil-press.az

Oxşar xəbərlər