BDU-da Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib

BDU-da Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib Bakı Dövlət Universitetində (BDU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbir “BDU Könüllüləri”nin təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin tələbə könüllüləri Şəfəq Ağalarlı, Lamiyə İbrahimzadə və Nübar Qurbanova Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verib, tarix yazmış əfsanəvi qəhrəmanlarımızla qürur duyduqlarını söyləyiblər. Çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığından danışıb, onun vətənpərvərliyinin gənclərə örnək olduğunu bildiriblər. Qeyd olunub ki, bu gün Mübarizin ruhu şaddır, çünki onun uğrunda şəhid olduğu Vətən torpağı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunub.

Tehsil-press.az


Oxşar xəbərlər