Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə

Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə M.V.Lomonosv adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Gənc Psixoloqun Məktəbində məşğələlər fevralın 12-dən davam edəcək və hər şənbə günü saat 16:00-da “Zoom” platformasında onlayn formatda keçiriləcək. Məşğələlər pulsuzdur.
Gənc Psixoloqun Məktəbinə yazılmaq üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər şənbə günü saat 10:00-da bağlanır və bazar ertəsi saat 10:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək.
“Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Distant formatda məşğələlər nəinki Bakıda və onun ətrafında, həmçinin Azərbaycanın uzaq rayonlarında yaşayanlara Gənc Psixoloqun Məktəbində iştirak etmək imkanı yaradır.
Qeydiyyatla əlaqədar bütün sualları [email protected] ünvanına yazmaq olar.
Gənc Psixoloqun Məktəbində psixologiya ilə maraqlanan yuxarı sinif şagirdləri üçün məşğələlər keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər