Kimya fənni üzrə bazar günü məktəbi

Kimya fənni üzrə bazar günü məktəbi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında kimya fənni üzrə bazar günü məktəbinin məşğələləri fevralın 14-dən başlanacaq və hər bazar günü (saat 9:30) “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək.
Kimya fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər şənbə günü saat 18:00-da bağlanır və bazar ertəsi saat 10:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək.
“Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün sualları [email protected] ünvanına yazmaq olar.

Tehsil-press.az



Oxşar xəbərlər