
Məşğələdə İ.S.Turgenevin “Asya” hekayəsi və “Atalar və oğullar” romanı haqqında mühazirə oxunacaq.
Xatırladaq ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün MDU-nun Bakı filialının saytında göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected] ünvanına göndərilir.
Tehsil-press.az