Əli Həsənovun binasında əxlaqsızlıq yuvası təşkil olunur? — Sakinlər ŞİKAYƏT ETDİ

Əli Həsənovun binasında əxlaqsızlıq yuvası təşkil olunur? — Sakinlər ŞİKAYƏT ETDİ Bir neçə gün öncə mediada PA-nın sabiq şöbə müdiri Əli Həsənovun 2 milyardlıq mülklərinin siyahısı dərc olunmuşdu. Siyahıda Əli Həsənovun yaxın adamı olan və vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində yüksək vəzifə tutmuş Nurlan Həsənovla ortaq biznesləri də qeyd olunub.

Sözügedən siyahını dərc edəndən sonra redaksiyamıza Nərimanov rayon sakinlərindən müraciətlər daxil olur.

Həmin müraciətlərdən birində iddia olunur ki, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V” şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib.

Şikayətdə sözügedən binaya komendat təyin olunmuş Əli Həsənovun Şərurdan olan İlkin adlı həmyerlisinin binanın mühafizə otağında əxlaqsızlıq yuvası yaratdığı iddia olunur.

Müraciətdə deyilir:

“Bu binada mənzillərin satış qiyməti həddindən artıq bahadır. Güya adını premium qoyublar, amma hər şey bərbaddır. Sadəcə reklamı yaxşıdır və mənzil bazarında yaxşı bina kimi tanıdılıb. Biz də elə reklama aldanıb burdan ev almışıq. Amma məsələ təkcə bundan bitmir. Yüksək qiymətə aldığımız ev üçün hər ay yüksək məbləğdə “kommunal haqqı” pulu yığılır. Əli Həsənovun zamanından belədir. İndi də Nurlan Həsənov idarə edir. Binada 1 kvadrat üçün 70 qəpik hesablayırlar. Nə üçün axı? Dəfələrlə özlərinə şikayət etmişik, xeyri yoxdur. İdarəçilik isə çox bərbaddır. Binada iyrənc şeylər olur. Əli Həsənov binaya İlkin adında Şərurdan olan həmyerlisini komendant qoyub. O isə komendant otağını əxlaqsızlıq yuvasına çevirib. Bütün abrımız gedib. Hələ bundan da betəri odur ki, komendant binada yaşayan boşanmış qadınlara və qızlara qarşı əxlaqsız hərəkətlər edir. Çünki normal olaraq bina sakinlərinin telefonları komendanta verilib. Komendat isə hansı qadını sahibsiz görürsə, onlara əxlaqsız mesajlar yazır. O, bütün günü komendant otağının qabağında gəlib-gedən qadınlara sataşır. Ona görə də binada hər an kriminal hadisə baş verə bilər”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tehsil-press.az

Oxşar xəbərlər