Riyaziyyat, fizika və kimya fənləri üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə

Riyaziyyat, fizika və kimya fənləri üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında fevral ayı üçün riyaziyyat, fizika və kimya fənləri üzrə bazar günü məktəbinin tarixləri açıqlanıb. Bazar günü məşğələləri kimya fənni üzrə fevralın 9-da saat 9:30-da, riyaziyyat üzrə fevralın 9-da saat 11:30-da, fizika üzrə fevralın 16-da saat 14:00-da keçiriləcək.
Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün MDU-nun Bakı filialının saytında formanı doldurmaq lazımdır. Qeydiyyat şənbə günü saat 11-də bağlanır və bazar ertəsi saat 9:30-dan açılır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.

Tehsil-press.az

Oxşar xəbərlər