“UFAZ Hackathon 2022” yarışında iştirak üçün qeydiyyat aparılır

“UFAZ Hackathon 2022” yarışında iştirak üçün qeydiyyat aparılır Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələri martın 5-6-da keçiriləcək “UFAZ Hackathon 2022” yarışına dəvət edir.
Hakatonda iştirak etmək üçün qeydiyyat fevralın 22-dək davam edəcək.
Hakaton kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid mövzulara həsr olunacaq. İki gün ərzində 3 nəfərdən ibarət komanda şəklində tələbələr verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edəcəklər.
Qaliblər 1-ci yer 3500 AZN, 2-ci yer 2500 AZN və 3-cü yer 1500 AZN dəyərində pul mükafatı və sponsorların xüsusi mükafatlarını qazanacaqlar.
Ümumi qaydalar, qiymətləndirmə meyarları və qeydiyyat üçün https://hackathon.ufaz.az portalından məlumat əldə etmək mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər