ABŞ rəsmilərindən Rusiya-Ukrayna gərginliyi barədə yeni açıqlamalar

ABŞ rəsmilərindən Rusiya-Ukrayna gərginliyi barədə yeni açıqlamalar “Biz Ukraynanı yüksək səviyyədə dəstəkləyirik və onlara qarşı təhdidin qarşısını almağa çalışırıq, ancaq Ukraynanın Alyansa üzvlüyü barədə qərarı NATO verməlidir”.
Bunu Ağ evin mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, Ukrayna NATO-ya üzv olmağa çoxdan cəhd göstərir və ABŞ prezidenti Cozef Bayden administrasiyası bu məsələni onlarla müzakirə edir.
Pentaqonun sözçüsü Con Kirbi isə bildirib ki, Rusiyanın Krımda və Ukrayna ilə sərhəddə öz gücünü artırmaqda niyyətinin nə olması barədə danışmaq çox çətindir: “Bununla belə ABŞ vəziyyəti izləyir”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Qara dənizdə mövcudluğunu gücləndirməyə, ABŞ isə Rusiyanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb.

Tehsil-press.az




Oxşar xəbərlər