Vladimir Zelenski koronavirusdan sağalıb
Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski müalicəsini başa vurub və adi iş rejimində fəaliyyətə başlayıb. Zelenski bir müddət müalicədən sonra təkrar test verib. Təkrar testin cavabında Ukrayna Prezidentində koronavirus aşkarlanmayıb.
Bu barədə Prezidentin ofisi məlumat verib.
Qeyd edək ki, Ukrayna Prezidenti noyabrın 11-dən xəstəxanaya yerləşdirilmışdi və koronavirusa görə müalicə alırdı.
Tehsil-press.az
- Baxış: 3954
Xəbərin tarixi: 25.11.2020 / 18:00
-
Oxşar xəbərlər