Odessada azərbaycanlıların maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb

Odessada azərbaycanlıların maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb Ukraynanın Odessa şəhərində həmyerlilərimizin maşın karvanı atəşə tutulub.
Bu barədə feysbuk səhifəsində Azərbaycan diasporunun Odessadakı üzvü Anar Ağazadə məlumat paylaşıb.
O bildirib ki, Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var.

Tehsil-press.az


Oxşar xəbərlər