
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan Feysbuk hesabında məlumat verib.
“Bu, yerli vaxtla saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin, Miqrasiya Xidmətinin və Milli Polis əməkdaşlarının iştirakı ilə baş tutdu. Prosedur zamanı Mixail Saakaşvilinin ətrafından olan naməlum insanlar hüquq-mühafizə orqanlarına hücum etdilər. Sərhədçilər özlərini qorumaq üçün güc tətbiq etməli oldular”, - deyə O. Slobodyan bildirib.
Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdə restoranlardan birində saxlanılıb.
Tehsil-press.az