
Tehsil-press.az məsələ ilə bağlı icra hakimiyyətinin mühasibi Kazım Zamonovla əlaqə saxlayıb. O bildirib ki, dövlət büdcəsindən xidməti avtomobil alınması üçün 50-55 min manat vəsait nəzərdə tutulub: “Ola bilər ki, biz 45 minlik də maşın ala bilərik. Bu təbii ki, işlənmiş maşın olacaq. Saytlarda yazıldığı kimi, 250 minlik maşın deyil. Qanunla icra hakimiyyətinin balansında 5 xidməti avtomobil olmalıdır. Bizim hazırda 3 xidməti avtomobilimiz var. Başçının birinci müavininin xidməti avtomobili yoxdur. İndi tender vasitəsilə başçıya maşın alanda, A. Məmmədovun hazırkı avtomobili birinci müavininə veriləcək”.
Günel Türksoy