BDU-da elmi seminar: Azərbaycanda Novruz ənənələri

BDU-da elmi seminar: Azərbaycanda Novruz ənənələri Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycanda Novruz ənənələri” adlı elmi seminar keçirilib.
Tədbirdə kafedra müdiri professor Səhər Orucova Novruz bayramının xalqın adət-ənənəsini və mifoloji dünyagörüşünü özündə cəmləşdirdiyini, bu adətlərin öyrənilməsində folklorşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Novruz bayramının Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşatdığını vurğulayan S.Orucova bu bayramın dövlət səviyyəsində qeyd edildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramının UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edildiyini bildirib.
Elmi seminarda magistrantlar Bəsti Səttarovanın “Novruzun qədim adətləri”, Gülyaz Hümmətzadənin “Şəkinin Bideyiz kəndində Novruz ruhu” mövzularında məruzələri dinlənilib.
“Folklor” dərnəyinin üzvü Səbinə Cəlilova baharın gəlişinə həsr olunan mahnılar ifa edib.

Tehsil-press.az

Oxşar xəbərlər