Bu günədək Ukraynadan Özbəkistana 3 min 685 vətəndaş gətirilib

Bu günədək Ukraynadan Özbəkistana 3 min 685 vətəndaş gətirilib Fevralın 28-dən bu günədək “Uzbekistan Airways” aviaşirkəti 16 xüsusi reyslə Polşanın Katovitse şəhərindən Ukraynadan çıxarılan 3 min 685 Özbəkistan vətəndaşını Daşkəndə gətirib.
Hazırda Katovitse hava limanında Özbəkistana gəlmək istəyən 850 vətəndaş öz növbəsini gözləyir.
Məlumatda bildirilir ki, ötən gecə Polşadan 440 Özbəkistan vətəndaşı Daşkəndə gətirilib. Onların 88-i qadın, 59-u uşaq, 20-si isə südəmər körpədir.

Tehsil-press.az


Oxşar xəbərlər