
Fənn müsabiqələrinə 25 minə yaxın, Lütfi Zadə adına məntiq olimpiadasına isə 15 minə yaxın şagird qeydiyyatdan keçib.
Qeyd edək ki, aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək.
Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi isə aprelin 2-də keçiriləcək. Olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur.
Tehsil-press.az