Respublika fənn olimpiadaları başlanır

Respublika fənn olimpiadaları başlanır Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinə başlanılacaq.

Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqları aşkara çıxarmaq, şagirdlərdə fənlərə olan marağı artırmaq, bilik və bacarıqlarını nümayiş etdirmələrinə kömək göstərməkdir.
Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29.691 şagirdin qatılacağı gözlənilir.
Respublika fənn olimpiadasında iştirak edəcək məktəblilərdən 10.842-si IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də var), 9.311-i X, 9.538-i isə XI sinif şagirdidir. 28 min 14 şagird Azərbaycan, 1.677 şagird isə rus bölməsində təhsil alır.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər