
Bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. 2022-ci il fevralın 15-də payız semestri üzrə kreditlərin verilməsi yekunlaşdırılıb. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna start verilib.
Tehsil-press.az