Xalq artistinin vəziyyəti açıqlandı

Xalq artistinin vəziyyəti açıqlandı Xalq artisti Şeyx Əbdül Mahmudov dünən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Bu barədə Xalq artistinin oğlu məlumat verib. Onun sözlərinə görə, Şeyx Əbdül Mahmudovun səhhətində yaranan problem mədə-bağırsaq sistemi ilə bağlıdır və hazırda müalicəsi davam etdirilir.

“Yəqin ki, 5–6 günə xəstəxanadan evə buraxılacaq”, – deyə oğlu bildirib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun 81 yaşı var.

Tehsil-press.az

Oxşar xəbərlər