
Bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.
O bildirib ki, kredit alan tələbələrin sayına görə ilk onluqda UNEC, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, Odlar Yurdu Universiteti yer alır.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Tehsil-press.az