UNEC komandası XII Avrasiya İqtisadi Gənclər Forumunda qalib olub

UNEC komandası XII Avrasiya İqtisadi Gənclər Forumunda qalib olub XII Avrasiya İqtisadi Gənclər Forumunun final mərhələsi başa çatıb. Forumun nəticələrinə əsasən, Azərbaycanın onlayn platformasında 5 komanda qalib seçilib.
Forum çərçivəsində universitetlərin təmsil olunduğu 17 komanda “Milli dəyərlərin, adət-ənənələrin, doğma torpağın mədəniyyətinin inkişafı” istiqaməti üzrə “Mənim sevimli şəhərim: dünən, bu gün, sabah” mövzusunda videoçarxını təqdim edib. UNEC-in FAYLA komandasının hazırladığı videoçarx səsvermə nəticəsində birinci yeri qazanıb. İkinci yeri Bakı Avrasiya Universitetinin “Avrasiya” komandası, III yeri Bakı Biznes Universitetinin “Bakı: dünən, bu gün, sabah”, IV yeri UNEC-in “Mətin”, V yeri isə Milli Aviasiya Akademiyanın “Mənim sevimli şəhərim” komandası tutub.
Finalda qalib gələn beş komanda aprelin 27-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək superfinalda Azərbaycanı təmsil edəcək.
Forumun finalçıları sertifikatla təltif olunacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər