Türkiyəli tədqiqatçı Hüseyn Cavidin ev-muzeyində

Türkiyəli tədqiqatçı Hüseyn Cavidin ev-muzeyində Türkiyənin Kayseri Universitetinin peşəkar sənət tarixçisi Nazire Nalar Gök AMEA Hüseyn Cavidin ev-muzeyində olub.
Görüşdə N.Nalar Gök “Bakıda yerləşən ev muzeyləri” mövzusunda tədqiqat apardığını və bu məqsədlə Hüseyn Cavidin ev-muzeyinin təcrübəsini öyrənmək istədiyini diqqətə çatdırıb.
Muzeyin fəaliyyətini mətbuatdan və sosial şəbəkələrdən izlədiyini qeyd edən tədqiqatçı əvvəlcə ekspozisiya ilə tanış olub. Sonra ona muzeyin tarixi, fəaliyyət istiqamətləri və strukturu barədə ətraflı məlumat verilib.
Nazire Nalar Gök muzeydə aparılan tədqiqat işlərinin nəticələri və burada nəşrə hazırlanan kitablarla da maraqlanıb. Son illərdə çap olunan “Cavidşünaslıq” toplusu ilə tanış olan tədqiqatçı bildirib ki, muzeyin Hüseyn Cavid və ümumiyyətlə Cavidlər ailəsinin irsinin tədqiqi və təbliği istiqamətində təcrübənin öyrənilməsi ev-muzeylərinin işinin təşkili üçün bir nümunə ola bilər.

Tehsil-press.az


Oxşar xəbərlər