Hüseyn Cavidin ev-muzeyinin materialları tədqiqatçıların marağını cəlb edir

Hüseyn Cavidin ev-muzeyinin materialları tədqiqatçıların marağını cəlb edir Hüseyn Cavidin ev-muzeyinin materialları tədqiqatçıların marağını cəlb edir.
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının ədəbi-dramatik işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Valentina Reznikova və A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, Xəzər Universitetinin müəllimi Gülşən Kəngərlinskaya bu müəssisədə olublar. Tədqiqatçılar Hüseyn Cavidin həyat və yaradıcılığı, ədibin qızı Turan Cavidin teatrşünaslıq fəaliyyəti və muzeyin ekspozisiyasında nümayiş olunan sənət nümunələri ilə maraqlanıblar. Onlar, eyni zamanda, muzeydə nümayiş edilən materialların sənətşünaslıq baxımından tədqiqi və Turan Cavidin teatrşünaslıq fəaliyyətinin araşdırılması ilə bağlı fikirlərini bölüşüblər.
Qonaqlara muzeyin nəşr etdirdiyi Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim, “Vətən simurqları – Vətən müharibəsinin qəhrəmanları” adlı kitab hədiyyə olunub. Qeyd edək ki, hər iki tədqiqatçı qeyd edilən kitaba daxil olunan məqalələrin müəlliflərindəndir.

Tehsil-press.az



Oxşar xəbərlər