Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, liderlər Rusiya və Ukrayna arasındakı müharibə əsasında cəbhədə yaranmış vəziyyəti, eləcə də böhranın həlli yolunda danışıqların vəziyyətini müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında atəşkəsin və sülhün əldə olunması, eləcə də bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq bu prosesdə Türkiyənin hərtərəfli təsir göstərməyə davam edəcəyini bildirib.
Prezidentlər Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında martın 25-də eyni mövzu ətrafında telefon danışığı olub.

Tehsil-press.az


Oxşar xəbərlər