
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi, böhranın həlli ilə bağlı təşəbbüslər müzakirə edilib.
Prezident Ərdoğan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas amil olacaq Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini qeyd edib.
Ərdoğan bildirib ki, o, həmsöhbətlərinə sülh danışıqlarının canlandırılmasını və müharibənin diplomatiya ilə yekunlaşdırılmasını təklif etməyə davam edir.
Tehsil-press.az