
Aksiya Gürcüstan, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxılacaq Aİ sammiti ərəfəsində (23-24 iyun) keçirilir.
Ötən həftə Avropa Komissiyası Gürcüstana hələlik konkret şərtlərə əməl etməyi tövsiyə edib.
Rustaveli prospektinə müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, eləcə də müxtəlif universitetlərdən olan tələbə birliklərinin nümayəndələri toplaşıblar.
Aksiyadan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edərək mitinqdə sakitliyin qorunmasının vacibliyini qeyd edib.
Tehsil-press.az