
Aksiya prezidentliyə namizəd olmuş Qriqol Vaşadzenin rəhbərliyi ilə keçirilir və ölkədə təcili parlament seçkilərinin təşkili tələb olunur. Vaşadze mitinq iştirakçıları qarşısında çıxış edərək prezident seçkiləri ilə bağlı səsvermənin nəticələrini tanımadıqlarını deyib:
“VMH və onu dəstəkləyən partiyalar təcili parlament seçkilərinin keçirilməsini tələb edir. Biz dinc yolla bu seçkilərin təşkilinə nail olacağıq”.
Tehsil-press.az