Müharibədə əsir düşən Ukrayna əsgərlərinin sayı açıqlandı

Müharibədə əsir düşən Ukrayna əsgərlərinin sayı açıqlandı “Əsir düşən və ya təslim olan Ukrayna əsgərlərinin ümumi sayı 6 mindən çoxdur”.
Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ilə Ukrayna arasında 4 aydan çox davam edən müharibədə əsir düşən əsgərlərin mübadiləsi prosesi ilə bağlı açıqlamalar verən zaman deyib.
O, ötən gün iki ölkə arasında əsir mübadiləsinin olduğuna diqqət çəkərək, 144 rus əsgərinin qarşılığında 144 Ukrayna əsgərinin təslim edildiyini bildirib.
Sözügedən mübadilənin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə edildiyini qeyd edən Konaşenkov, “Xilas edilən əsgərlərin demək olar ki, hamısı yaralı və ya ağır yaralıdır. Onlara lazımi tibbi dəstək verilir” vurğulayıb.
“Əsir düşən və ya təslim olan Ukrayna əsgərlərinin ümumi sayı 6 mindən çoxdur”, -deyə Konaşenkov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər