Ziyarətin əsas məqsədi tələbələrin asudə vaxtını səmərəli dəyərləndirmək, dünyagörüşlərini genişləndirmək və onları müasir incəsənətin müxtəlif istiqamətləri ilə yaxından tanış etmək olub. Ekskursiya zamanı tələbələr mərkəzdə nümayiş olunan “Matrix” sərgisini maraqla izləyiblər.
Sərgi çərçivəsində təqdim olunan əsərlər tələbələrdə fərqli təəssüratlar yaradıb. Onlar incəsənətin texnologiya və fəlsəfə ilə vəhdətini əks etdirən eksponatlarla tanış olub, əsərlərin mahiyyəti ətrafında müzakirələr aparıblar. Sərginin qeyri-adi konsepsiyası və vizual həlləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Tehsil-press.az








