Bayden Türkiyəyə F-16 satılması ilə bağlı mövqeyini açıqladı

Bayden Türkiyəyə F-16 satılması ilə bağlı mövqeyini açıqladı “Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməliyik. Bunun əksi bizim marağımıza uyğun deyil”.
Bunu NATO Zirvəsi başa çatdıqdan sonra danışan ABŞ prezidenti Co Bayden deyib.
O, Türkiyəyə F-16 döyüş təyyarələri satmalı olduqlarını və bunun üçün ABŞ Konqresindən icazə ala biləcəklərini bildirib:
“Biz Türkiyəyə F-16 təyyarələri satmalı, eyni zamanda təyyarələri modernləşdirməliyik. Bunu etməmək bizim xeyrimizə deyil. Mən onlara dekabr ayından bəri mövqeyimi dəyişmədiyimi söylədim. Bunu edə bilmək üçün mənə lazım olan şey Konqresdən icazə almaqdır. Düşünürəm ki, biz bu razılığı alacağıq”.

Tehsil-press.az



Oxşar xəbərlər